Mafia oyunu qaydalari. Oyun minimum 6 nəfərlə oynanılır.Əgər oyun otağında 6-9 nəfər arası üzv varsa Komisar, Don Mafia ,Mafia ,Komikadze və digərləri vətəndaş olaraq sistem tərəfindən təsadüfü təyin olunur.Əgər otaqda 9 nəfərdən çox üzv varsa Komisar, Don Mafia, Mafia ,Consigliere(Don Mafianın məsləhətçisi), Komikadze ,Doktor və digərləri vətandaş olaraq təsadüfü olaraq avtomatik sistem tərəfindən təyin olunur..
Oyun otağında oyun başladıldıqda 1-5 saniyə ərzində bütün üzvlərə kartlar göndərilir.Kartlarda ancaq Mafialar bir birini tanıyır.Mafiaların bir birini tanımağına ehtiyyac yoxdur Mafia rolu düşən üzvə bu məlumat göndərilir.Kartlar mat rəngdə və məlumatların telefon ekranında kənardan görünməsi çətin olacaq şəkildə optimizasiya edilib.Oyunda rollar tesadüfü olaraq verilir bir üzvə 5 dəfə eyni rolda verilə bilər ,5 dəfə fərqli rolda verilə bilər.Oyun başladıldıqda otağı yaradan şəxs yeni oyun olduğunu başa düşmək üçün otaqda oyun sayına baxa bilər.Oyun qaydaları aşağıda şərti olaraq verilib.Oyunun şərtlərini özünüzə uyğunlaşdıra bilərsiniz.Oyunun axarı dəyişikliklərə açıqdır.
-1 nəfər Ən təhlükəli MAFIA üzvü. Hər gecə keçirilən "Mafia gecəsində" istədiyi oyunçunu öldürür.Mafia gecəsində son qərar verən şəxsdir.Consigliere-nin təklifinə hörmət edər.
- 1 nəfər Don Mafia və Consigliere eyni vaxt yaşadığı müddətdə gecələrdə fikir bildirməmılidir Don Mafia və Consigliere-nin birlikdə verdikləri qərarıara hörmət edər və sadəcə izləyər.Lakin Consigliere öldükdə Don Mafianın seçimlərində köməklik edə bilər.Don Mafia öldükdən sonra yerinə keçər son qərar sahibi olar Consigliere avtomatik onun məsləhətçisi olur.
- 1 nəfər Don Mafia-nın məsləhətçisidir Don Mafia-dan sonra qərar qəbul olunmasında 2-ci adamdır.Oyunda qaldığı müddətdə qərar qəbul olunmasında 2-ci şəxsdir hər zaman Oyunda əsas missiyası Mafia şurasının Manupulyasıyalarının qurulmasında iştirak etmək və təhlükələri görüb tədbir görməkdir.
- 1 nəfər Ən faydalı vətəndaş. Vətəndaş öldükdə "Komissar gecəsində" Komissar şübhələndiyi üzvlərdən birini vurur. Komissar ən faydalı sivil vətəndaşdır. Buna görə də özünü maksimum gizli saxlamalıdır ki, "Mafia Gecəsində" vurulmasın.
-1 nəfər Oyunda öldürülən üzvləri sağalda bilər.Doktor oyunda olduqda aparıcı tərəfindən oyunda öldürülən oyunçunun vəzifəsi deyilməz yalnız adı deyilər.Və gözlər yumular doktordan soruşular sağaldırsan ya yox doktor əl ilə like unlike işarəsi göstərir.Doktorun 1 sağaltma şansı var.
-1 nəfər Kamikadze öldüyü zaman istədiyi oyunçunu özüylə bərabər məhv edə bilər. Seçimdə sərbəstdir amma maksimum çalışmalıdır ki, MAFIA üzvünü öldürsün, çünki Kamikadze sivil vətəndaşların bir üzvüdür.
Oyunda əsas missiyaları MAFIA üzvlərini məhv etmək, Sivil Vətəndaş komandasının qələbəsini təmin etməkdir. Amma Vətəndaşlar bir düstura əmin olmalıdırlar: Mafia Oyununda özündən başqa heç kimə inanma!
Gündüz müzakirəsi və səsverməsi bitən kimi və ölüm olduqdan sonra gecə başlayır. Gecə başlayanda Aparıcı elan edir: Və hansı gecənin olduğunu elan edir. Mafia oyununda 4 gecə növü vardır: a)Mafia ,Don Mafia,Consigliere çıxdıqda Mafia gecəsi olur B)Vətəndaş cıxdıqda Komisar gecəsi olur c) Hər gecə keçirilən Mafia Gecəsi. d) 2 gecədən bir keçirilən Komissar Gecəsi
5 dəqiqəlik müzakirə gedir. Oyunçular kimin mafia olmasından şübhələndiklərini bildirirlər. Fikirlərini əsaslandırmağa çalışırlar. Mafia üzvləri müxtəlif taktikalarla şübhəni digər üzvlərin üzərinə keçirməyə və hansısa sivil vətəndaşın oyundan atılmasına nail olmağa çalışırlar. Vətəndaşlardan fərqli olaraq MAFIA üzvləri bir-birlərini tanıyırlar və odur ki, onlar üçün birgə hərəkət etmək asandır. Amma şübhə yaratmamaq üçün fərdi qaydada oyun aparırlar. Müzakirəyə ayrılmış vaxt bitikdən sonra Aparıcı elan edir: Səs vermə başlayır. Beləcə hər kəs şübhələndiyi oyunçunun adını çəkir. Sonda ən çox səs yığmış (yəni ən çox şübhələnilən) oyunçuya və ya oyunçulara özünü təmizə çıxarma şansı verilir. Hamı susur. Və yalnız həmin şübhəlilər danışır. Danışıq bitdikdən sonra əsas səsvermə başlayır. Birinci səsvermə həlledici deyil. Siz istəsəniz səs verə, istəməsəniz PAS deyib səsvermədən imtina edə bilərsiniz. Amma əsas səsvermə vaxtı SƏS VERMƏK MƏCBURİDİR. Əvvəl kimə səs verməyinizdən və ya pas deməyinizdən asılı olmayaraq əsas səsvermədə şübhəlilərdən birinə hökmən səs verməlisiniz. Oyunculardan biri müvəqqəti aparıcı olur və(Birinci oyuçu çıxana qədər) soruşur: X-in (oyunçunun adını çəkir) çıxmağını kim istəyir? Elini qaldırır. Daha sonra aparıcı soruşur: Y-in (oyunçunun adını çəkir) çıxmağını kim istəyir? Y-ə səsverənlər əlini qaldırır. Və bu qayda ilə digər ən çox şübhələnilən oyunçuları bir-bir soruşur. Kim ən çox səs yığsa həmin oyunçu oyunu BİRDƏFƏLİK tərk edir.Aparıcı kimin öldürdüyünü yerdə qalan oyunçulara elan edir.Bütün gecələr keçirildikdən sonra Aparıcı gecə baş vermiş hadisələri danışır: "Don Mafia filan iştirakçını öldürdü" (Öldürülmüş oyunçunun vəzifəsi deyilir) Komissar filan oyunçunu vurdu Və bundan sonra 2 günün müzakirəsi və səsverməsi, ardınca da gecə başlayır. Və oyun bu qaydada 2 tərəfdən (MAFIA və Sivil Vətəndaş) birinin 2 sinin sağ qalana qədər davam edir. Qeyd: əgər əsas səsvermədə ən çox səs yığanların səs sayında bərabərlik olarsa heç kim oyunu tərk etmir.
Mafia Gecəsində Aparıcı hamının gözünün yummasını bildirir və mafia gözünü açır. Mafialar hamısı oyundadırsa Don Mafia seçim edir Consigliere Don Mafianın fikrinə təklif verə bilər son qərar Don Mafianındır. Mafia Don Mafia oyunda olduğu müddətdə seçimlərdə təklif verə bilməz.Don Mafia oyunda deyilsə Mafia underboss olaraq seçimi o edir Consigliere isə yenə təklif vermə səlahiyyəti var son qəararı Mafia verir. Mafia atəş açaraq Sivil Vətəndaşları və Neytral üzvləri öldürür.Əgər doktor oyundadırsa aparıcı hamıya gözünü yummağı bildirir doktor gözünü açıb sağalda bilər və ya şansını başqa zamana saxlaya bilər.
Komissar Gecəsi adətən vətəndaş ölümündən sonra olur. Aparıcı gözləri yummağı bildirir Komissara kimi öldürmək istədiyi soruşur komisar göstərir. Komissarın açdığı atəş Sivil Vətəndaşları və Neytral üzvləri öldürür.Əgər doktor oyundadırsa aparıcı hamıya gözünü yummağı bildirir doktor gözünü açıb sağalda bilər və ya şansını başqa zamana saxlaya bilər. Aparıcı elan edir: Sizin atəş açdığınız filankesdir.Doktor oyunda deyilse oyundakı rolunu elan edir deyilsə ,doktor gecəsindən sonra vəziyyəti bildirir
Sona 4 nəfər qalarsa və ondan 2si Mafiadırsa, Mafia avtomatik qələbə çalır. Çünki səsvermədə bərabərlik yaranacaq ki, bu da heç kimin oyunu tərk etməməsi deməkdir. Aydındır ki, ardınca keçirilən Mafia Gecəsində Don Mafia vətəndaşlardan birini öldürəcək. - Sona 4 nəfər qalıbsa daha Komissar Gecəsi keçirilmir. - Sona 3 nəfər qalıbsa daha Mafia Gecəsi keçirilmir. HEÇ KİM OYUN BOYU AND İÇƏ BİLMƏZ. Öldürülmüş oyunçular bütün oyunu səsləri çıxmadan kənardan izləməlidirlər. . ÖLÜLƏR DANIŞMIR!
Elə İndi Oyna